Bank Of Baku

Azərbaycan hərbçiləri Gürcüstanda Əsas Dağ Təlimi kursunda iştirak ediblər

Azərbaycan hərbçiləri Gürcüstanda Əsas Dağ Təlimi kursunda iştirak ediblər
# 26 avqust 2013 14:23 (UTC +04:00)

Gürcüstan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində keçirilmiş kursun bağlanış mərasimində Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik İlham Əkbərov, Gürcüstan Silahlı Qüvvələrinin Hərbi təhsil və kadr hazırlığı idarəsinin rəisi polkovnik-leytenant Şalva Bajelidze iştirak edib.

 

Kurs məzunlarına sertifikatlar və döş nişanları verilib.

 

Yay təlim kursu iki mərhələdə olub. İlkin mərhələdə, Azərbaycan hərbçiləri dağlıq ərazidə, çaylar və yarğanların keçidi, yaralılara ilkin tibbi yardım göstərilməsi kimi tapşırıqları icra edib, evakuasiya üsulları ilə tanış olublar. Final mərhələsində onlar hazırlıq səviyyəsinin yoxlanışı üçün sınaqdan keçiriliblər.

 

Azərbaycan hərbçiləri Saçxare Dağ Təlim Mərkəzinin yay və qış kurslarının digər mərhələlərində də iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR