Bank Of Baku

Azərbaycan hərbçiləri xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər
# 22 sentyabr 2014 08:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity-2014" kompüter dəstəkli komanda-qərargah təlimi, sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramı keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin qatıldığı «Eternity» kompüter dəstəkli komanda-qərargah təlimində əsas ixrac boru kəmərlərinə ehtimal olunan təhdid ssenariləri nəzərdən keçirilir.

 

Bu arada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, «Eternity-2014» təliminə Azərbaycandan və Türkiyədən 12, Gürcüstandan 24 nəfər (ümumilikdə 48 nəfər) hərbçi, boru kəmərlərinin mühafizəsini təşkil edən qurumların nümayəndələri, həmçinin, BOTAŞ-ın əməkdaşları qatılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR