Bank Of Baku

Azərbaycan Hərbi Dəniz Qüvvələrində faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirilib
# 08 may 2014 14:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Hərbi Dəniz Qüvvələrində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Tədbirdə Hərbi Dəniz Qüvvələrinin komandir heyəti, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə "İkinci Dünya müharibəsi və Azərbaycan Böyük Vətən müharibəsi illərində" mövzusunda məruzə dinlənilib. Sonra "Azərbaycan Böyük Vətən müharibəsi illərində" sənədli filmi nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR