Paşha Bank
Bank Of Baku

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad ediliblər

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad ediliblər
# 24 oktyabr 2013 17:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər. M. Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F. Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.

 

Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR