Bu barədə APA-ya MSN-dən məlumat verilib.
Fevralın 22-dən 26-dək davam edəcək sərgidə Azərbaycanda istehsal olunmuş atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. təqdim olunacaq.
Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Ziyarətçi qismində sərgidə Azərbaycandan Müdafiə Nazirliyindən və Dövlət Sərhəd Xidmətindən yüksək rütbəli nümayəndə heyətlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl - 2011-ci ildə MSN İDEX sərgisində stendlə təmsil olunub.