Bank Of Baku

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 18 dəfə pozulub

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 18 dəfə pozulub
# 26 may 2014 06:58 (UTC +04:00)

Bakı – APA. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 18 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR