Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyi: “Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”

Azərbaycan Müdafiə Nazirliyi: “Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”
# 29 yanvar 2015 16:29 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin APA-nın sorğusuna cavabında bildirilir.

 

“Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir”, - deyə nazirlikdən bildiriblər.

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi news.am saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə məxsus PUA-nın vurulması xəbərini təkzib edib. O, Azərbaycanın öz PUA-nı vurduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR