Bank Of Baku

Azərbaycan MN: Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir

Azərbaycan MN: Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir
# 22 yanvar 2015 13:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistanın KİV-in bu ölkənin Müdafiə Nazirliyinə istinadən yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib: “Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR