APA-nın məlumatına görə, MSN yeni cihazı Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş sənaye sərgisində nümayiş etdirib.
Cihaz «Nokia» markalı «Android» sistemdə işləyən telefonun bazasında yerləşir.
MSN-in nümayəndəsi Ərəb Yusifov bildirib ki, «CSM Ballistika» cihazı yenidir və ilk dəfə nümayiş olunur. Cihaz düşmənin hədəflərinin koordinatlarının təyini, atəş mövqeyi ilə hədəf arasında topoqrafik uzaqlığın və bucaqların hesablanması və s. funksiyaları avtomatik şəkildə həyata keçirir. Bununla da kağız üzərində uzun zaman alan hesablamalara ehtiyac qalmır.