Bakı. Rəşad Süleymanov – APA. İyulun 9-dan 12-dək Belarusun paytaxtı Minsk şəhərində MİLEX-2014 VII beynəlxalq müdafiə sərgisi keçiriləcək.
Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.
Sərgidə ziyarətçi qismində Azərbaycan silahlı qüvvələrindən nümayəndə heyətinin iştirakı gözlənilir. Eyni zamanda bir neçə müdafiə şirkəti ziyarətçi qismində MİLEX-2014 sərgisində qeydiyyatdan keçib.
Sərgidə Belarus, Rusiya, Çin və Ukraynadan istehsalçı şirkətlər özlərinin müxtəlif müdafiə məhsullarını nümayiş etdirəcəklər.