Bank Of Baku

Azərbaycan prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib - VİDEO

Azərbaycan prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 20 aprel 2015 13:31 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. İran prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmini bildirən prezident İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə yüksək səviyyəyə qalxdığını qeyd edib.

 

Dövlət başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq hərbi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib, bu səfərin münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu qey edib.

 

Öz növbəsində, nazir Hüseyn Dehqan İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək bu gün prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

 

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR