Türkiyə tərəfinin dəvəti ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yüksək rütbəli nümayəndələrindən ibarət heyət iyun ayında bu ölkədə səfərdə olub. Türkiyənin İraq və Suriya sərhədlərinə baxış keçirən Azərbaycan heyəti ərazi ilə tanış olub, sərhəd mühafizəsinin təşkili ilə bağlı bu ölkənin hərbçilərinə öz tövsiyələrini veriblər.
Məlumata görə, hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin təcrübəsini öyrənən Türkiyə quru sərhədlərinin mühafizəsi üçün bu modeli tətbiq etməyi düşünür.
Qeyd edək ki, Türkiyə dövlət sərhədlərinin mühafizəsini təşkil etmək üçün 61 min nəfər şəxsi heyətə malik Sərhəd Mühafizəsi Təşkilatı yaradır. Plana əsasən Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərin mühafizəsi yaxın 5 il, Gürcüstan, Ermənistan, Azərbaycan və Suriya ilə sərhədlərin mühafizəsi yaxın 10 il, İran və İraqla sərhədlər isə hökumətin təyin edəcəyi müddətdə Sərhəd Mühafizəsi Təşkilatına həvalə ediləcək.