Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrində 20 min nəfərədək mülki şəxs işlə təmin edilib

Azərbaycan Silahlı Qüvvələrində 20 min nəfərədək mülki şəxs işlə təmin edilib
# 24 iyun 2015 08:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Silahlı Qüvvələrində 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib.

 

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr etdiyi çıxışında bildirib.

 

 

Nazir qeyd edib ki, ilk növbədə ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub: “Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qısa bir müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur. Ali Baş Komandanın tapşırığı ilə orduda həyata keçirilən mühüm islahatlardan biri də məişət və təsərrüfat fəaliyyəti ilə bağlı vacib tapşırıqların təcrübəli mülki işçilərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həvalə edilməsidir. Hazırda Silahlı Qüvvələrdə təxminən 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib”.

 

Z. Həsənov bildirib ki, bu istiqamətdə atılan addımlar bölgə sakinləri tərəfindən də müsbət qarşılanır: “Cəbhəboyu rayonlarda əsgəri xidmətini başa vuran yüzlərlə gənc ordunun məişət-təsərrüfat sahələrində işlə təmin edilir, ailələrin sosial şəraitinin yaxşılaşdırılmasına zəmin yaradılır. Şəxsi heyətin məişət xidmətinin yaxşılaşdırılması məqsədilə bir çox hərbi hissələrdə müasir tipli hamam-camaşırxana kombinatları fəaliyyət göstərir. Bir sıra hərbi hissələrdə yeni kombinatların inşası davam etdirilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR