Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək
# 19 yanvar 2015 13:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin iclasında iştirak edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

NATO-nun Hərbi Komitəsinin sədri, general Knut Bartelsin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində N. Sadıkov yanvarın 21-də Brüssel şəhərində alyansın toplantısında iştirak edəcək.

 

NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR