Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıb

Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıb
# 31 yanvar 2015 11:02 (UTC +04:00)

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndərilib.

 

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən APA-ya bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb.

 

Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR