Bakı-APA. Martın 16-dan 20-dək Avstriyanın Zalsburq şəhərində əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu keçiriləcək.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Helsinki şəhərində isə əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu olacaq. Martın 18-dən 20-dək isə Minskdə beynəlxalq humanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.