Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edəcəklər
# 04 aprel 2015 07:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Silahlı qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edəcək.

 

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək İstanbul şəhərində (Türkiyə) hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası, aprelin 6-dan 17-dək Kəraçi şəhərində (Pakistan) kiçik zabitlər üçün taktika kursu, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək Rımniku-Vılça şəhərində (Rumıniya) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

 

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR