Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi ilə bağlı tədbir keçirilib
# 24 iyun 2014 15:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Müdafiə Nazirliyinin Hərb Tarix Muzeyində Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 96 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə,  tədbiri giriş sözü ilə açan muzeyin rəisi, ehtiyatda olan  polkovnik Sahib Qarayav 1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan korpusunun yaradılması ilə təməli qoyulan Azərbaycan Silahlı qüvvələrinin şərəfli bir inkişaf yolu keçdiyini vurğulayıb.

 

Tədbirdə Müdafiə Nazirliyinin, veteran şuralarının, Qarabağ müharibəsi veteranları, Türkiyə Silahlı  Qüvvələrinin Azərbaycanda yerləşən Hərbi Attaşeliyinin nümayəndələri iştirak edib.

 

Tədbirin sonunda Azərbaycan silahlı qüvvələrinə həsr olunmuş “Yazılsın tarixə bir qızıl xətlə”  adlı sənədli film nümayiş etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR