Bank Of Baku

Azərbaycan və Rusiya müdafiə nazirlərinin təkbətək görüşü olub

Azərbaycan və Rusiya müdafiə nazirlərinin təkbətək görüşü olub
# 01 avqust 2015 11:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Bu gün Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.

 

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR