Bank Of Baku

Azərbaycan və Sloveniya müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan və Sloveniya müdafiə nazirlərinin görüşü keçirilib
# 13 mart 2015 08:08 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Yanko Veber ilə görüşüb.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq nazirlər Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.

 

Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib. Danışıqlar bitdikdən sonra Z. Həsənov Şərəf kitabını imzalayıb.

 

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR