Bakı. Hafiz Heydərov - APA. Sentyabrın 11-də “Bakı Expo Mərkəzi”ndə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.