Bank Of Baku

Azərbaycanda müddətli hərbi xidmət keçən əsgərlər və xüsusi təyinatlı kursantlar əksər inzibati məsuliyyətdən azad olunurlar

Azərbaycanda müddətli hərbi xidmət keçən əsgərlər və xüsusi təyinatlı kursantlar əksər inzibati məsuliyyətdən azad olunurlar
# 20 noyabr 2014 13:15 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 15.3 və 28-1.-ci maddələrinə əlavə və dəyişikliklər təklif edilir.

 

15.3-cü maddəyə təklif edilən əlavə və dəyişikliyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və inzibati cərimələr tətbiq olunmayacaq. Maddə 28.1-ə də eyni məzmunlu dəyişiklik edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR