Bank Of Baku

Azərbaycanda silah və texnikanı qəsdən məhv edənlər 3 min manata qədər cərimələnəcək

Azərbaycanda silah və texnikanı qəsdən məhv edənlər 3 min manata qədər cərimələnəcək
# 30 mart 2017 10:20 (UTC +04:00)

Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə cərimələrin miqdarı artırılır.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

 

Cinayət Məcəlləsinə əsasən hazırda silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Layihədə silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR