Azərbaycan hərbçilərindən ibarət nümayəndə heyəti Rusiyada səfərdədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibliyi məlumat yayıb.
Nümayəndə heyəti Ryazan Ali Hava-Desant Komanda Məktəbində kursantların hazırlığı ilə tanış olub. Azərbaycanlı zabitlərin səfəri dekabrın 23-dək davam edəcək.
Ali məktəbdə iki ölkənin müdafiə qurumlarının təmsilçiləri arasında keçirilən görüşdə Hərbi Desant Qüvvələrinin gələcək zabitlərinin təlimi aparılan obyektlərə baş çəkmə planı qurulub. Ryazandakı ali məktəbdən başqa kursantların hazırlanması və təlim materialları ilə tanışlıq həmçinin Seltsı təhsil mərkəzində baş tutacaq.