Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub - FOTO

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub - <span style="color: red;">FOTO
# 06 may 2015 09:19 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə keçirilən “İDEF-2015” adlı 12-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün mayın 4-5-də İstanbulda səfərdə olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR