Bank Of Baku

Zakir Həsənov: "Hərbi təlimlər ordumuzun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir"

Zakir Həsənov: "Hərbi təlimlər ordumuzun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir"
# 24 iyun 2015 09:12 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi”.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə müraciətində deyib. İl ərzində keçirilmiş təlimlər barədə danışan Z. Həsənov bildirib ki, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə hər il birgə kompüter dəstəkli komanda-qərargah təlimi (“Eternity”) keçirilir.

 

Hərbi təhsildən də danışan nazir qeyd edib ki, dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin Türkiyə, Rusiya, Belarus və digər ölkələrə səfərləri olub: “Plana uyğun olaraq hərbi təhsil müəssisələrinin professor və müəllim heyəti Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO dövlətlərinin hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR