APA-nın Gürcüstan bürosunun məlumatına görə, Zakir Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti bu gün Krtsanisi Milli Tədris Mərkəzinə də baş çəkib, mərkəzin fəaliyyəti ilə tanış olub.
Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyəti artilleriya məktəbinə, “Delta” Elmi-Texniki Mərkəzə də baş çəkib.
Nümayəndə heyəti mərkəzdə Gürcüstanın istehsal etdiyi hərbi texnika sərgisinə baxıb.