Bank Of Baku

Azərbaycanın müdafiə naziri həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın müdafiə naziri həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 16 fevral 2015 15:00 (UTC +04:00)

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

 

Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

 

Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR