Bank Of Baku

Azərbaycanın müdafiə naziri İstanbulda Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Azərbaycanın müdafiə naziri İstanbulda Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək
# 05 may 2015 08:32 (UTC +04:00)

Bakı - APA. Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “İDEF-2015” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gedib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.

 

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR