Bank Of Baku

Azərbaycanın müdafiə naziri Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib

Azərbaycanın müdafiə naziri Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib
# 12 iyul 2013 13:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Görüş zamanı ölkələr arasında yaranmış əlaqələrdən məmnunluq ifadə olunub. Hərbi sahədə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.

 

S.Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. Nazir qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır geri qaytarılmır. Münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini yürütməkdə davam edir. Nazirin fikrincə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib. Nazir daha sonra bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrini gücləndirərək işğal olunmuş torpaqları azad etməkdən başqa yolu qalmır.

 

Koreyalı deputatlar Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayaraq, iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasının önəmini ifadə ediblər.

 

Görüşdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR