Bank Of Baku

Azərbaycanın müdafiə naziri litvalı həmkarını qəbul edib - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri litvalı həmkarını qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 08 oktyabr 2014 16:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litva müdafiə naziri Yuozas Olekası qəbul edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, rəsmi protokola uyğun qarşılanma mərasimindən sonra, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkələr arasında hərbi əməkdaşlığın həm ikitərəfli, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini, bu əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu və daim inkişaf etdirildiyini qeyd edib.

 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Y.Olekas öz növbəsində dövlətlərin əlaqələrinin dostluq münasibətlərinə əsaslandığını, Litvanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu və əməkdaşlığın daha da intensiv inkişaf etdirilməsinin zəruriliyini xüsusi qeyd edib.

 

Görüşdə ölkələrin yerləşdiyi regionlarda təhlükəsizlik məsələləri, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR