Bank Of Baku

Azərbaycanın müdafiə sənayesi naziri Malayziyada görüşlər keçirib - FOTOSESSİYA

Azərbaycanın müdafiə sənayesi naziri Malayziyada görüşlər keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 15 aprel 2014 06:56 (UTC +04:00)

Kuala Lumpur. Rəşad Süleymanov – APA. Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən “DSA-2014” müdafiə sərgisi çərçivəsində  Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə bir sıra ölkələrin nümayəndələri arasında görüş olub. APA-nın Malayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan stendində Tailandın müdafiə nazirini və Pakistanın böyük müdafiə şirkətlərindən olan GİDS korporasiyası İdarə Heyətinin sədri Zübeyir İqbal Maliki qəbul edib.

 

Daha sonra Y. Camalov Türkiyə müdafiə nazirinin müavini Hasan Kamal Yardımçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Azərbaycan nümayəndə heyəti həmçinin Rusiyanın “Rosoboroneksport” Dövlət Şirkətinin stendinə baş çəkərək şirkətin rəhbərliyi ilə görüş keçirib.

 

Y. Camalov Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseynin ilə d’ bir araya gəlib. O, Azərbaycanın baş naziri Artur Rasizadə və öz adından çoxlu sayda insanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı başsağlığı verib. Daha sonra nazir Azərbaycanın müdafiə sənayesi sektoru və həyata keçirilən layihələr barədə Malayziyanın müdafiə nazirini məlumatlandırıb. Görüşdə müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bu sahədə əlaqələrin dərinləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

 

Y. Camalov Malayziyanın müdafiə nazirini sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə dəvət edib.

 

Qeyd edək ki, Malayziya müdafiə nazirinin müavini Abdul Rahim Bakel Azərbaycan MSN-nin stendinə gələrək burada Y. Camalov ilə görüşüb. O, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlarla tanış olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR