Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Türkiyədən müxtəlif firmaların əməkdaşlarının təmsil olunduğu heyətə SSM beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lütfi Varoğlu rəhbərlik edir.
Türkiyə nümayəndə heyəti gələn iyulun 15-də Dövlət Sərhəd Xidmətində, iyulun 16-da isə Daxili Qoşunlarda olacaq.