Bank Of Baku

Azərbaycanın NATO qərargahlarındakı zabitlərinin sayı artırılır

Azərbaycanın NATO qərargahlarındakı zabitlərinin sayı artırılır
# 16 yanvar 2015 10:35 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edən zabitlərinin sayı artırılıb.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bundan əvvəl isə onların sayı 7 olub.

 

2015-ci il ərzində NATO strukturlarında xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır. Bu il həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Belçika Krallığının Mons şəhərindəki NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsində əlaqələndirici zabit vəzifəsinə bir zabitin təyin edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR