Bank Of Baku

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib
# 09 iyun 2017 14:44 (UTC +04:00)

Bakıda Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirak etdiyi konfransda müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib.

 

Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib. Sonda konfransın yekun protokolu imzalanıb.

 

Qeyd edək ki, “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsi avqust ayında keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR