Bank Of Baku

Bakıda “Dəniz kuboku - 2017”-nin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

Bakıda “Dəniz kuboku - 2017”-nin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib
# 24 iyul 2017 12:27 (UTC +04:00)

Bakıda Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib.

 

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə müsabiqənin təsdiq olunmuş əsasnaməsinə yenidən baxılıb, əlavə dəyişikliklərin aparılması və təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib. Hakimlər heyətinin tərkibi dəqiqləşdirilib və epizodların keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.

 

Bildirilib ki, müsabiqə “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, həmçinin “Dəniz hazırlığı” üzrə yarışların keçirilməsi ilə üç mərhələdən ibarət olacaq.

 

 

“Dəniz kuboku - 2017” müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR