Bank Of Baku

Bakıda NATO tədbirləri keçiriləcək

Bakıda NATO tədbirləri keçiriləcək
# 18 may 2014 06:36 (UTC +04:00)

Bakı – APA. Mayın 18-dən 21-dək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçiriləcək.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR