XRXX-dən APA-ya verilən məlumata görə, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən 1 ədəd 76 millimetr olan top mərmisi aşkar edilib.
Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib, adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq əməliyyata başlayıblar.
Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş top mərmisinə baxış zamanı məlum olub ki, mərmi istifadəyə yararsızdır. Aşkar edilmiş top mərmisi hadisə yerində olan DİN-nin Daxili Qoşunlarının mütəxəssislərinə təhvil verilib.
Mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmayıb.
Bakıda top mərmisi tapılıb - FOTO - VİDEO
29 sentyabr 2013 14:11 (UTC +04:00)
Hərbi
Türkiyədə “Anadolu Ankası – 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO - VİDEO
21:59
16 may 2024
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
15:09
16 may 2024
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
13:33
16 may 2024
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
09:50
16 may 2024