Bank Of Baku

Cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb

Cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb
# 22 iyul 2014 09:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

 

A.Əmrahın sözlərinə görə, bir müddət əvvəl cəbhə bölgəsində, səngərdə ümumi yuxu arteriyasının tam qopmasıyla zədələnən əsgər hərbi ambulans helikopteri ilə təcili olaraq hospitala çatdırılıb. Burada aparılmış uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olunub. Əsgər 1 ay sonra evinə yola salınıb: «Bu çox ciddi əməliyyat oldu. Riskli olmasına rəğmən öhdəsindən uğurla gəldik. Yaralı əsgərin çənəsindən qəlpə dəyərək arteriyasının böyük qismini qırmışdı. Onun ayağından vena damarından götürərək bərpa elədik».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR