Bank Of Baku

Cəbhə xəttində Milli Qəhrəman Məhəmməd Həsənovla şəxsi heyətin görüşü keçirilib - FOTO

Cəbhə xəttində Milli Qəhrəman Məhəmməd Həsənovla şəxsi heyətin görüşü keçirilib - <span style="color: red;">FOTO
# 07 iyul 2014 09:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan ordusunun cəbhə xəttində yerləşən bölmələrində Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənovla şəxsi heyətin görüşü keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Şəxsi heyət ön xətdə səngərlərə baş çəkən Milli Qəhrəmanın xatirələrini dinləyib. M. Həsənov gənc əsgərlərə məsləhətlər verib, onların suallarını cavablandırıb.

 

Ön xətdə yerləşən hərbi hissədə yaradılan xidmət şəraiti ilə tanış olan M. Həsənov hərbi hissələrin ictimaiyyət nümayəndələrinin, kütləvi informasiya vasitələrinin, əsgər valideynlərinin üzünə həmişə açıq olmasını, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR