Bank Of Baku

Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub

Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
# 22 iyun 2017 16:47 (UTC +04:00)

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qurumun rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

 

Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.

 

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri Zakir Həsənov müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR