Bakı. Rəşad Süleymanov – APA. Cənubi Koreyanın KAİ (Korean Aerospace İndustry) şirkəti Azərbaycan da daxil olmaqla, bir neçə ölkə ilə hərbi təlim təyyarələrinin alqı-satqısına dair müzakirələr aparır. APA-nın «Korea Joongang Daily» saytına istinadən verdiyi məlumata görə, söhbət KT-1 təyyarələrindən gedir.
Hazırda şirkətin danışıqları davam etdirdiyi ölkələr arasında Azərbaycanla yanaşı Paraqvay, Türkmənistan və Malayziya da var. Bundan əvvəl isə KAI İndoneziya və Peru ilə müqavilə imzalayıb.
Saytın məlumatına görə, yaxın vaxtlarda Koreya ilə Türkiyə Hərbi Hava Qüvvələri arasında 15 ədəd KT-1T təyyarəsinin satışına dair 150 milyon dollar dəyərində müqavilənin imzalanması planlaşdırılır.