Bank Of Baku

Çinin hərbi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Çinin hərbi nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 07 aprel 2017 16:17 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaq heyət Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsini icra edən general-mayor Fuad Məmmədovla görüşüb.

 

Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovla da görüşüblər.

Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR