Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik məlumat açıqlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 2 838 ədəd qəlpə, 2 ədəd mina (1 ədəd piyada əleyhinə OZM-72 minası və 1 ədəd tank əleyhinə TM-57 minası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.