Bank Of Baku

Qazaxlar kəndində mina, Cocuq Mərcanlıda raket tapılıb - YENİLƏNİB

Qazaxlar kəndində mina, Cocuq Mərcanlıda raket tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 07 mart 2017 15:16 (UTC +04:00)

Füzuli rayonunun Qazaxlar kəndində mina tapılıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Qazaxlar kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

 

 

***

 

saat 18.03

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.

 

Nəticə etibarilə 42 064 kv.m ərazinin 7 464 kv.m-i əllə, 12 800 kv.m-i mexaniki üsulla, 21 800 kv.m-i isə minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR