Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.
Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.
Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova APA-ya açıqlamasında intihar faktını təsdiqləsə də, bildirib ki, V. Cəfərov çağırışla hərbi xidmətə gələn əsgər olmayıb. O, orduda əsgər kimi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu olub: “Oktyabrın 3-də Cəfərov Vüqar Süleyman oğlu iş vaxtı bitdikdən sonra hərbi hissədən çıxıb. O bu gün saat 08.00 radələrində ipdən asılmış vəziyyətdə tapılıb. Hadisə hərbi hissədən kənarda baş verib. Araşdırma aparılır. Tam əminliklə deyə bilərəm ki, onun intiharının hərbi hissə ilə bağlılığı yoxdur”.