Bank Of Baku

Daxili Qoşunlarının Hacıqabulda yerləşən hərbi hissəsində xidməti obyektlərin açılış mərasimi keçirilib

Daxili Qoşunlarının Hacıqabulda yerləşən hərbi hissəsində xidməti obyektlərin açılış mərasimi keçirilib
# 07 mart 2015 13:45 (UTC +04:00)

Bakı - APA. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü ərəfəsində - martın 7-də bu qurumun Hacıqabul şəhərində yerləşən “N” saylı hərbi hissəsində bir sıra xidməti obyektlərin açılış mərasimi keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

 

Öncə mərasim iştirakçıları Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Sonra mərasim iştirakçıları hərbi hissənin xidməti və döyüş fəaliyyətini əks etdirən fotostendə baxıb, daha sonra yeni istifadəyə verilmiş əsgər kazarması, tibb məntəqəsi, camaşırxana və digər məişət obyektləri ilə tanış olublar. Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov son illərdə Daxili Qoşunlarda, o cümlədən sözügedən hərbi hissədə həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Ş.Məmmədov hərbi şəhərcikdə aparılan yenidənqurma işləri qısa müddət ərzində başa çatdırıldığını, beşmərtəbəli 400 nəfərlik zirzəmili əsgər kazarması, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də sıra meydanı və digər obyektlərin şəxsi heyətin istifadəsinə verildiyini bildirib. Daxili işlər naziri isə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını qeyd edib. R.Usubov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini vurğulayıb.

 

Tədbirin sonunda əlamətdar hadisələr münasibətilə əsgərlərin, onların valideynlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin qarşısında Daxili Qoşunların nümunəvi hərbi orkestrinin geniş konsert proqramı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR