Bank Of Baku

Dövlət Bayrağı Meydanında Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilib - FOTO

Dövlət Bayrağı Meydanında Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 14 fevral 2015 11:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.

 

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsgər valideynlərinin də iştirak etdiyi mərasimdə əvvəlcə sabiq prezident Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi yad edilib, Nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

 

Hərbi hissə komandiri, polkovnik Salamat Cəfərov çıxış edərək, gənc əsgərlərə hərbi andın mənasını, öz xalqına, dövlətinə sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

 

Sonra gənc əsgərlər Hərbi and içərək, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz veriblər.

 

Andiçmə mərasimində iştirak edən Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və öz tövsiyələrini çatdırıb. Ş. Məmmədov qeyd edib ki, bu andan etibarən onlar da Daxili Qoşunların bütün şəxsi heyəti kimi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

 

Daxili Qoşunların Komandanı gənc əsgərlərə tövsiyə edib ki, Hərbi andın mənasını tam dərk etməli, vətəndaşlarımızın təhlükəsizliyi və torpaqlarımızın müdafiəsi istiqamətində əllərindən gələni əsirgəməməlidirlər.

 

Tədbirdə Daxili Qoşunların sıralarında döyüşmüş şair Elxan Xəzər, əsgər valideynləri çıxış edərək gənc əsgərləri cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə ediblər. Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR