Bank Of Baku

DSX-da “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mü­ba­rizə” mövzusunda seminar keçirilib

DSX-da “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mü­ba­rizə” mövzusunda seminar keçirilib
# 14 aprel 2015 08:59 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komi­təsi­nin­­ (DQİDK) birgə tədbirlər planına uyğun olaraq DSX-nın aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mü­ba­rizə” mövzusunda seminar keçirilib.

 

APA-ya DSX-dan verilən məlumata görə, xidmət rəisinin müavini, general-mayor Azad Ələk­bə­­rov, DQİDK sədrinin müavini Gündüz İs­ma­yılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların öl­kəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sa­bit­li­yi­ pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla, insanları müxtəlif təriqətlərə par­çalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrup­ların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə, cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulayıblar.

 

Seminarda Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizin tolerantlıq və mul­ti­kul­tu­ralizm nümunəsinə çevrilməsi, müxtəlif dini inanclara məxsus insanların meh­riban və qarşılıqlı hörmət şəraitində yaşaması barədə ətraflı da­nışılıb.

 

Seminarda dini amillərdən yaralanmağa cəhd göstərən radikal qüv­və­lə­rə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə mə­lu­mat verilib, bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq gös­tər­mə­si­nin zəruriliyi qeyd olunub.

 

Sonda dinləyicilərin sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR