Bank Of Baku

DSX rəisi Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisini qəbul edib 

DSX rəisi Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisini qəbul edib 
# 01 may 2015 11:28 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


 
APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, geniş tərkibdə keçirilən görüş zamanı Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin, eləcə də  Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə qonaqlara məlumat verib.
 


Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumatlandırılıb.
 
Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
 
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR